Lənkəranda qızların rəqəmsal bacarıqlar sahəsində uğurlu karyera seçə bilmələri məqsədilə təlim keçirilir. Bu haqda bu gün, 1 sentyabr tarixində Cenublu.az Azərtac-a istinadən xəbər verir.
Bu gündən etibarən start götürəcək təlimlər “Qızların STEAM və rəqəmsal bacarıqlar sahəsində karyera seçiminə dəstək" layihəsi çərçivəsində baş tutacaq. STEAM və İKT sahələrində təhsil və təlimlər vasitəsilə, eləcə də müəllimlər və ailələrin iştirakı ilə müvafiq sahələrdə əlverişli mühiti gücləndirməklə qızların bacarıqlarının inkişafına dəstək veriləcək.
Təlimlərin keçirilməsində məqsəd Azərbaycanda qızların bacarıq və istedadlarını dəstəkləməkdir.
Qeyd edək ki, təlimlər dekabrın sonuna kimi davam edəcək.