Lənkəran Rayon Mərkəzi Xəstəxanasında 6 mart tarixində qanvermə aksiyası təşkil olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 mart tarixində verir.
Aksiyada əhalinin, rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların nümayəndələrinin iştirakı arzuolunandır. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Milli Hematologiya və Transfuziologiya Mərkəzi" publik hüquqi şəxsin, TƏBİB-nin təşkilatçılığı ilə keçiriləcək.