Lənkəran KOBİM tərəfindən “Biznes-planın hazırlanma üsulu” adlı seminar təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 yanvar tarixində verir.
Ödənişsiz sessiyaya 4 nəfər sahibkar və biznesə başlamaq istəyən şəxs qoşulub. Onlara biznes-plan anlayışı, biznes-planın ümumi strukturu, biznes ideyasının yaranması, sahibkarlıq subyekti haqqında qısa məlumat, təşkilati planın hazırlanması, eyni zamanda bazarın araşdırılması, maliyyə planının hazırlanması və analizi, layihə risklərinin qiymətləndirilməsi barədə ətraflı məlumat verilib.
Daha sonra iştirakçıların sualları cavablandırılıb.