Lənkəranda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 mart tarixində verir.
Aksiya Heydər Əliyev prospekti ərazisində keçirilib və 200 ədəd sərv ağacı əkilib. Əlavə olaraq, eyni gündə rayonun bir neçə yaşayış məntəqəsində 200 ədəd tuya və 300 ədəd eldar şamı ağacı əkilib.
Tədbirdə icra başçısı Taleh Qaraşov, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Lənkəran RTİ-nin kollektivi, idarə və müəssisələrin, habelə ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Ağacəkmə aksiyası Lənkəran Şəhər İcra Hakimiyyətinin və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.