Lənkəranda fəaliyyət göstərən "O biri otaq"da intellektual oyun baş tutacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 iyul tarixində verir.
Oyun "Nə? Harada? Nə zaman?" formatında baş tutacaq. 30 suallıq məşq xarakterli marafondan sonra qaliblər mükafatlandırılacaqlar.
İştirak etmək istəyənlər 2 və ya 3 nəfərlik heyətini formalaşdırıb qeydiyyatdan keçə bilərlər. Yarışda iştirak haqqı hər komanda üçün 6 AZN təşkil edir.
Qeydiyyat üçün: (050) 634-43-11.
Moderator: Həsən Abbaslı.