Lənkəranda “Avropa şəhərciyi” tədbiri keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 iyun tarixində verir.
Tədbir 10 iyun saat 11:00-da Lənkəran şəhəri, Heydər Əliyev parkında baş tutacaq.
Əyləncə dolu tədbirdə animatorlar, maraqlı personajlar, köpük şou, rəqs və konsert proqramı olacaq. "Nənələr" folklor qrupu, Çinarə Məlikzadə, Leyla Tağıyeva, "Ahmedowsky trio" qrupu maraqlı ifaları ilə şəhərimizin sakinlərini və qonaqları feyziyab edəcəklər.
Qeyd edək ki, tədbir Lənkəran şəhər İcra Hakimiyyəti və Avropa İttifaqının birgə təşəbbüsü ilə baş tutacaq.