Lənkəran Dövlət Dram Teatrında “Manqurt” tamaşası nümayiş ediləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində verir.
Akademik Milli Dram Teatrının “Manqurt” tamaşası 12 fevral tarixində saat 17:00-da təqdim olunacaq.
Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Anar Babalı, rejissoru İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.
Səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, Tural İbrahimov, Firuzə Balayeva, Elsevər Rəhimov iştirak edirlər.
Tamaşa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən regionlara təşkil olunan qastrol səfərləri çərçivəsində təşkil olunur.