Lənkəranda fəaliyyət göstərən “O biri otaq”da intellektual yarış baş tutacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 iyul tarixində verir.
"Liberiya dolları" adlı yarışma 29 iyul saat 11:00-da keçiriləcək. Yarışmaya 2-3 nəfərlik komanda qurmaqla qatılmaq olar. Komandası olmayanlar tək qeydiyyatdan keçə bilərlər.
Oyunda iştirak ödənişlidir və 2 manat təşkil edir. Moderator Əli Rəşidovdur.
Qeydiyyat və ətraflı məlumat üçün (050) 531-92-94 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.