Gənclərin İnkişafı və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyi könüllü qəbuluna start verir. Bu haqda bu gün, 26 sentyabr tarixində Cenublu.az Lənkəran Gənclərinə istinadən xəbər verir.
Mərkəz gənclərin sosial və fərdi inkişaf, karyera platformasıdır. Burada gənclər üçün şəxsi inkişaf və karyera quruculuğu üçün təlimlər, könüllülüklə bağlı layihələr, görüşlər, asudə vaxtın təşkili ilə bağlı klub fəaliyyətləri mövcuddur.
Könüllü olmaq istəyən şəxslər Lənkəranda təhsil almalı və ya yaşamalıdırlar. 14-29 yaş arasında olan gənclər şəxsiyyət vəsiqəsini Lənkəran GİKM-yə təqdim edərək müraciət edə bilərlər.
GİKM Lənkəran şəhəri, Heydər Əliyev Mərkəzi (2-ci mərtəbə) ünvanında yerləşir.