Lənkəran Gənclər Paytaxtının açılış mərasimi məşhur qonaqların iştirakı ilə həyata keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 yanvar tarixində verir.
2 fevral – Azərbaycan Gəncləri Günü və Lənkəran Gənclər Paytaxtının açılış mərasimi münasibətilə keçiriləcək konsert proqramında Azərbaycanın Xalq artisti Miri Yusif, ifaçı Mərdan Kazımov və qrupu çıxış edəcək.
Xatırladaq ki, konsert proqramı 2 fevral tarixində saat 14:30-da Heydər Əliyev xatirə parkında baş tutacaq.