top
Lənkəranda ilk müsəlman qızlar məktəbinin banisi: Teymur bəy Bayraməlibəyov
05 oktyabr 2022, 02:00
- +

Lənkəranda ilk müsəlman qızlar məktəbinin banisi: Teymur bəy Bayraməlibəyov

Teymur bəy Məmməd bəy oğlu Bayraməlibəyov 22 avqust (iyul) 1862-ci ildə Masallı rayonunun Yeddioymaq kəndində anadan olub [3].

O, ilk təhsilini kənd mollaxanasında alıb. Teymur bəy Lənkəranda üçillik ikisinifli rus məktəbini bitirdikdən sonra Tiflis feldşer məktəbində oxuyub. O, Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini bitirmiş ilk üç azərbaycanlıdan biridir. Teymur bəy 1881-ci ildə təhsilini sona çatdırdıqdan sonra Lənkəran şəhər məktəbində, həmçinin ozünün təşkil etdiyi “Ziya”, “Behcət” və digər məktəblərdə çalışıb [1,2].

Teymur bəy Lənkəran qəzasının etnoqrafiyasına dair ilk əsərin müəllifidir. Onun etnoqrafiya, tarix və iqtisadi mövzularda 50-dən çox məqaləsi, topladığı əfsanə, nağıl və lətifələr “Kaspi”, “Azərbaycan” və s. qəzetlərdə çap edilib [1,3].

1884-cü ildə o, uşaqların təhsil almalarına kömək olmaq üçün “Xeyriyyə” cəmiyyətini yaradıb. Teymur bəy 1903-cü ildə alman uşaqlarının təhsil alması üçün məktəb açıb.

1908-ci ildə o, gizli inqilabi dərnəklərdə məşğul olduğuna görə işdən azad edilir və Bakıya həbsə göndərilir. Lakin Teymur bəy onun haqqında olan ittihamların səhv olduğunu sübut edərək, sərbəst buraxılır və bir il polis nəzarətinə verilir. Sonra isə o, Lənkərana qayıdır [4].

Bayraməlibəyovun Lənkəran Dumasındakı fəaliyyəti nəticəsində o, 1910-cu ildə Lənkəranda dördsinifli məktəbin açılmasına nail olur [4]. 1913-1914-cü illərdə o, öz evində məktəb yaradır. Teymur bəy, həmçinin Lənkəranda ilk dram dərnəyi yaradıb və rus-müsəlman qiraətxanası açıb. O, 1917-ci ildə qızı Məryəmlə birlikdə Lənkəranda ilk müsəlman qızlar məktəbini açıb [2].

Teymur bəy 1917-ci ildə “Müsavat” partiyasının Lənkəran şöbəsinin ilk sədri seçilib. O, 1918-ci ildə Avetisovun başçılığı ilə erməni-daşnak silahlı quldur dəstəsinin Muğanda və Lənkəranda dinc əhaliyə qarşı törətdiyi cinayətlər barədə Böyük Britaniyanın İrandakı konsuluna bununla bağlı toplanmış sənədləri təqdim edərək, tədbirlər görülməsini tələb edib [1].

1918-ci ildə Teymur bəy Bakıya köçüb. Həmin il Bakıda ikinci qadın gimnaziyasının açılmasında onun rolu olub [3]. Teymur bəy 1929-cu ilədək Bakıda 67 saylı orta məktəbdə müəllim işləyib [1].

Bayraməlibəyov 4 sentyabr 1937-ci ildə Bakı şəhərində vəfat edib [2].

Ədəbiyyat:


  1. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. I cild. Bakı-2004.

  2. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

  3. Теймур бек Байрамалибеков. Избранные произведения. Bakı-2012.

  4. Milli Azərbaycan tarixi muzeyi. Bakı-2011.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:32

"Məktəblərdə telefon qadağası təsadüfi deyil" - NAZİR

Bütün xəbərlər
Bu gün, 12:05

Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı

Bütün xəbərlər
Bu gün, 11:02

Qızılağac Milli Parkında qanunsuz ov edən şəxslər saxlanılıblar

Bütün xəbərlər
Bu gün, 10:02

Sabahdan bağçaya növbəyə yazılma prosesinə başlanılır

Bütün xəbərlər
Bu gün, 09:06

Zəfərə 1 gün qalmış şəhid olan Şuşa fatehi

Bütün xəbərlər
Dünən, 17:35

Yardımlıda rəqəmsal mühitdə narkotik risklərinə qarşı maarifləndirmə aksiyası təşkil olunub

Bütün xəbərlər
Dünən, 16:03

1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verilib

Kriminal
Dünən, 15:05

26 yaşlı Yardımlı sakini daş karxanasında ürəktutmadan öldü

Bütün xəbərlər
Dünən, 14:03

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Bütün xəbərlər
Dünən, 13:03

Ötən gün 44 cinayətin açılması təmin olunub

Bütün xəbərlər
Dünən, 12:04

Cənubda təhsil səviyyəsi zəifdir – NAZİR

Bütün xəbərlər
Dünən, 11:03

Neftçalada 4 hektara yaxın ərazi yanıb

Bütün xəbərlər
Dünən, 10:03

Peşə təhsilinə qəbulun III mərhələsi keçiriləcək – RƏSMİ

Kriminal
07 sentyabr 2026, 17:49

85 yaşlı anasını öldürən şəxs cəzasından şikayətçi oldu

Bütün xəbərlər
07 sentyabr 2026, 17:01

İşdən qanunsuz çıxarılmış 65 nəfər əvvəlki yerlərinə bərpa etdirildi

Bütün xəbərlər
07 sentyabr 2026, 15:03

Bu müəllimlər imtahana cəlb olunacaqlar

Bütün xəbərlər
07 sentyabr 2026, 15:01

Bu məktəblərdə təmayüllü siniflər olacaq

Bütün xəbərlər
07 sentyabr 2026, 14:02

Cəlilabadda Tunc dövrünə aid saxsı qablar aşkarlanıb

İqtisadiyyat
07 sentyabr 2026, 13:08

Balıqçılıqda ilk dəfə məhsul subsidiyası tətbiq olunacaq

Bütün xəbərlər
07 sentyabr 2026, 12:03

Cəlilabadda avtomobil yanıb

Bütün xəbərlər
07 sentyabr 2026, 11:02

Hər qoyun və keçi saxlayana 4 manat subsidiya veriləcək

Mədəniyyət
04 sentyabr 2026, 15:22

Yardımlıda arxeoloji qazıntı zamanı insan sümükləri tapılıb

Bütün xəbərlər
04 sentyabr 2026, 13:22

Salyan rayon Mərkəzi Xəstəxanasına YENİ TƏYİNAT

Faydalı
04 sentyabr 2026, 12:08

Lənkəranda güzəştli mənzillər satışa çıxarılıb

Oxşar xəbərlər