Lənkəranda “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş keçiriləcək. Bu haqda bu gün, 19 avqust tarixində Cenublu.az Lənkəran Şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
“Veloyürüş hamı üçün” adlı tədbir 21 avqust saat 18:00-19:00 arası baş tutacaq. Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək yürüşdə hər kəs öz velosipedi ilə iştirak edə bilər.
Tədbirin keçirilməsində əsas məqsəd uşaq və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.