Lənkəran şəhərində, Xəzər dənizinin sahilyanı zonasında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş, 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar "İdman həftəsi" çərçivəsində "İdman və ekologiya" adlı təmizlik aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 fevral tarixində verir.
Aksiyada Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və idarə əməkdaşları, LARGİİ-nin nəzdində UGİM-in kollektivi, Lənkəran Gənclər Evi, Lənkəran Olimpiya İdman Kompleksi əməkdaşları, rayonun idman ictimaiyyəti nümayəndələri və könüllü gənclər iştirak ediblər.
Qeyd edək ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.