Lənkəran şəhər Mərkəzi Kitabxanasında "Gənclik parlaq gələcəyimizdir" mövzusunda görüş baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 fevral tarixində verir.
Gənclər Gününə həsr olunmuş tədbirdə kitabxananın direktorunu əvəz edən Arzuyə Rufullayeva bildirib ki, Heydər Əliyevin 2 fevral 1997-ci ildə imzaladığı Fərmanla təsis olunan əlamətdar gün Azərbaycan gənclərinin cəmiyyətdəki roluna verilən yüksək qiymətdir.
Sonra Xidmət Şöbəsinin müdiri Xədicə Məmmədova, Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin direktor müavini Rəsidə Məmmədova, 3 dəfə respublika mahnı müsabiqəsinin qalibi, ictimai fəal gənc Allahverən Pərvizoğlu çıxış ediblər.
Sonda keçirilən tədbirlərdə fəal iştirakına görə bir qrup gəncə fəxri fərmanlar təqdim olunub.