Lənkəranda “Gənclər davamlı inkişaf üçün” layihəsi çərçivəsində "Gənclərin sosial iştirakçılığı" mövzusunda təlim keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 avqust tarxində Lənkəran GİKM-ə istinadən verir.
Təlim zamanı "Sosial iştirakçılığın növləri", "Könüllülük nədir?", həmçinin "İşığa doğru" təşəbbüs qrupunun təsisçisi Fəranə Fikrət tərəfindən gənclər üçün sosial təşəbbüs komandası ilə reallaşdırdığı layihələr haqqında məlumatlar verilib.
Sonda gənclərlə "Könüllülüyə valideyn yanaşması" mövzusunda sosial teatr əsaslı səhnəcik hazırlanıb və bir neçə enercayzer reallaşdırılıb.
Qeyd edək ki, layihə İrəli İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tərəfdaşlığı ilə həyata keçirilir.