Lənkəran Olimpiya İdman Kompleksində gənclər üçün futbol, voleybol, stolüstü tennis oyunları təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 iyul tarixində verir.
Lənkaran-Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran Gənclər Evi SXM və Lənkəran OİK-nın birgə təşkilatçılığı ilə keçirilən oyunlarda məqsəd sağlam həyat tərzinin təbliği, gənclərdə idmana marağın artırılmasından ibarət olub.
Sonda gənclər çay süfrəsi arxasında toplaşıblar.