Lənkəran gəncləri üçün “Gənclər üçün rəqəmsal bacarıqların inkişafı” adlı layihə təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyun tarixində verir.
Layihənin əsas məqsədi regionlarda yaşayan gənclərə rəqəmsal təlim metodlarından düzgün istifadəni öyrətmək, onların ilkin rəqəmsal bacarıqlara yiyələnməsinə kömək etməkdir.
Layihə Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, GİKM-in Lənkəran–Astara regional nümayəndəliyinin tərəfdaşlığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilib.