Lənkəranda gənclər üçün interaktiv tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 fevral tarixində verir.
“Gəl danışaq” adlı təlim Gənclər Evində təşkil olunub. İştirakçılara gündəlik həyatımızda rastlaşdığımız hadisələr və günümüzün reallığına çevrilən mobil vasitələrin ünsiyyətdə yaratdığı problemlər barədə məlumat verilib.
Sonda hər gün rastlaşdığımız və müşahidələrimiz zamanı diqqəti cəlb edən hadisələr gənclər tərəfindən canlandırılıb. Təlimin həyata keçirilməsində Lənkəran Dövlət Dram Teatrının aktyoru Emin Fərzullayevin böyük əməyi olub.
“Gənclər həftəsi” çərçivəsində keçirilən seminar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.