Lənkəran Dövlət Dram Teatrında “Evdə qalmış” filmi nümayiş olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyul tarixində verir.
Romantik komediya janrında olan film 2 iyul saat 18:00-da təqdim olunacaq. Biletləri teatrın kassasından əldə etmək olar. Qiymət 5 manat təşkil edir.
Qeyd edək ki, filmdə Kəmalə Piriyeva, Şəhriyar Əbilov, Həmidə Ömərova, Mehriban Xanlarova, Sanura Cəfərova, Kənan Yusifov, Nigar Əhmədova,Elçin Məmmədli və digər aktyorlar çəkiliblər.