Lənkəranda yerləşən “O biri otaq”da film gecəsi baş tutacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 oktyabr tarixində verir.
“Enola Holmes” adlı film 15 oktyabr saat 16:00-da nümayiş olunacaq.
Film detektiv Şerlok Holmesin bacısı Enola Holmesin başına gələn hadisələr haqdadır. Filmdə Milli Bobbi Braun - Enola, Henri Kavil isə Şerlok rolunda çıxış ediblər.
Ödəniş 3 manat təşkil edir. Bu məbləğə popkorn və kola daxildir.