Lənkəranda art-terapiya üzrə təlim keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 iyul tarixində verir.
Təlim Qala Xiyabani, 13 ünvanında yerləşən “O biri otaq”da 29 iyul saat 15:00-da baş tutacaq.
Art-terapiya gündəlik həyatda qarşılaşılan stres, travma, qorxu, güvənsizlik və narahatlıq kimi mənfi emosional vəziyyətlərdən xilas olmağa kömək edir.
Təlimdə iştirak edənlərə boyalar və rəsm kağızı təqdim olunur. İştirak haqqı 3 manat təşkil edir. Moderator Həsən Bədəlovdur.
Qeydiyyat və ətraflı məlumat üçün: (050) 531-92-94.