Lənkəranda “Antik yunan fəlsəfəsi” mövzusunda görüş keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 avqust tarixində verir.
Görüş 13 avqust saat 16:00-da Həsən Bədəlov tərəfindən “O biri otaq”da baş tutacaq. Mövzunun gedişatında fəlsəfənin ortaya çıxma səbəbləri və yunan mifologiyası, presokratik filosoflar, Sokrat və sokratçı məktəblər, Platon və Aristotel, Ellinizm dövrü fəlsəfəsi haqda müzakirələr aparılacaq.
İştirak ödənişsizdir. Ətraflı məlumat üçün: (050) 531-92-94.