Lənkəranda Zəfər Günü ilə əlaqədar Şəhidlər Xiyabanına gediş pulsuz olacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində verir.
Belə ki, noyabrın 8-i saat 09:00-dan 18:00-dək yaşından asılı olmayaraq, hər kəs “1635 - Cənub taxi”yə zəng edərək Şəhidlər Xiyabanına pulsuz gediş əldə elə bilər.
Qeyd edək ki, aksiya Lənkəran Gənclər və İdman İdarəsinin və “Cənub taxi”nin təşəbbüsü ilə birgə həyata keçiriləcək.