Lənkəranda “Yay Kuboku” keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 avqust tarixində GİKM-in Lənkəran nümayəndəliyinə istinadən verir.
Heydər Əliyev Mərkəzində 15 avqust saat 10:00-dan 14:00-dək keçiriləcək çempionatda iştirakçılar 2 fərqli oyun üzrə mübarizə aparacaqlar.
Çempionatın ilk mərhələsində 36 suallıq “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə mübarizə aparan komandalardan ən yaxşı nəticə göstərən növbəti mərhələdə “Breyn Rinq” oyununda mübarizəni davam edəcək.
Qalib komandalar isə çempionatın tərəfdaşları olan “Kosmos Lənkəran” mağazası, GİKM Lənkəran nümayəndəliyi, “My Garden” restoranı, “Tabakerka” MMC tərəfindən mükafatlandırılacaqlar.
Yarışda 6 nəfərdən ibarət komandalar iştirak edə biləcəklər. İştirakçılar üçün yaş məhdudiyyəti və ödəniş yoxdur. Komanda sayı limitlidir.
Qeydiyyat linki: https://bit.ly/3BKcfdJ
Qeyd edək ki, “Yay kuboku” GİKM-in Lənkəran nümayəndəliyi və Lənkəran Klubunun birgə təşkilatçılığı ilə baş tutacaq.