Lənkəranda "İdman hamı üçün" layihəsi çərçivəsində veloyürüş keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 iyul tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.
Veloyürüş 24 iyul tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin qarşısında, saat 18:30-dan 20:30-dək davam edəcək. Hər kəs öz velosipedi ilə iştirak edə bilər.
İdman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.