Lənkəranlı gənclər “Vətəni tanı!" silsilə tədbirləri çərçivəsində Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazovla görüşüblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 iyul tarixində Lənkəran GİKM-ə istinadən verir.
Görüş zamanı bu il şəhərimizdə mədəniyyət sahəsində görülmüş işlərdən və qazanılmış böyük uğurlardan, gələcək planlardan danışılıb.
Həmçinin gənclərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.