Lənkəran və Lerikdə hamilə qadınlar üçün “Sevgi Boğçası” layihəsi həyata keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 iyul tarixində verir.
Layihənin açılışında Zəfər Miriyev, Hüseyin Çıtak, Əminə Cabbarova, Mətanət Qaraxanova, könüllülər və tibb bacıları iştirak ediblər. Burada 57 hamilə qadına sağlamlıq maarifləndirilməsi aparılıb və körpələrə qulluq boğçaları paylanılıb.
Layihə Türk Qızıl Ayı, AzQAC, UNICEF, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilib.