Lənkəranda Sevil Qadın Beynəlxalq film festivalı keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 iyul tarixində verir.
Festival 13-20 avqust tarixlərində “Tor coffee shop”-un nəzdində fəaliyyət göstərən “O biri otaq”da baş tutacaq. İştirak etmək üçün məkana yaxınlaşıb festivala qoşula bilərsiniz.
“Bənövşə bəndə düşə, bizdən sizə kim düşə?” şüarı altında keçirilən festival @femmekan-la birgə sizə stereotipləri qırmağa kömək edəcək.
Öz hekayə və videolarınızı paylaşaraq #sizdənbizəkimdüşə həştəqi ilə digər qadınlara dəstək çıxa bilərsiniz.