Lənkəranda şahmat turniri keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 iyul tarixində verir.
Turnir 23 iyul saat 14:00-da “Tor coffee shop”-un nəzdində fəaliyyət göstərən “O biri otaq”da baş tutacaq. Turnirdə iştirak ödənişlidir və 4 manat təşkil edir.
Qalib şəxs “Tor coffee shop”-dan 20 manatlıq kupon qazanacaq. Yerlər məhduddur.
Qeydiyyat və əlavə məlumat üçün (050) 531-92-94 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.