UNICEF Azərbaycan, Gənclər və İdman Nazirliyi və Niderlandın Azərbaycandakı Səfirliyinin əməkdaşlığı ilə Lənkəran şəhərinin gəncləri arasında UPSHIFT – gənclər üçün Sosial İnnovasiya Proqramına start verilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 iyul tarixində verir.
Əsas tələblər:
- komandanın bütün üzvləri 17-24 yaş aralığında olmalıdırlar;
- komanda üzvləri Lənkəran şəhərinin sakinləri olmalıdırlar.
Proqrama qoşularaq:
- peşəkar təcrübənizi və bacarıqlarınızı inkişaf etdirin;
- ideyalarınızı necə dizayn etməyi, inkişaf etdirməyi və həyata keçirməyi öyrənin;
- icmanıza və ətraf mühitinizə töhfə verəcək sosial və ya ekoloji problemləri həll edin;
- ideyanızı reallaşdırmaq üçün 2000 AZN maliyyə fürsəti qazanın.
Proqram barədə əlavə məlumat və müraciət şərtləri üçün bu səhifəyə
keçid edin.
Müraciət üçün son tarix 22 iyul 2024-cü ildir.