Lənkəranda qadınlar üçün ödənişsiz keramika dərsləri keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 iyul tarixində verir.
“Gilroom” tərəfindən keçirilən dərsləri uğurla bitirən qadınlar emalatxanada işlə təmin olunacaqlar. İştirak üçün yaş məhdudiyyəti yoxdur.
Qeydiyyatdan keçmiş iştirakçılar ilə müsahibədən sonra dərslərin tarixləri təyin olunacaq. İlk təlim müddəti 3 ay davam edəcək.
Qeydiyyat və ətraflı məlumat üçün (050) 244-90-08 (whatsapp, telegram) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Qeyd edək ki, qadınlar üçün təşkil olunmuş emalatxana Şəhidlər xiyabanı küçəsi, Sultan şadlıq sarayı ilə üzbəüz yerləşir.