Lənkəranlı məktəblilər peşə təmayüllü təhsil müəssisələri arasında təşkil olunan “Yaşıl dəyişikliklər” fotomüsabiqəsində uğur qazanıblar.
“Azərbaycan müəllimi” xəbər verir ki, Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəb müsabiqədə 2-ci yerə layiq görülüb.
Bu müsabiqədə şagirdlər təbiət və ətraf mühitin qorunması istiqamətindəki dəyişiklikləri nümayiş etdirməyə çalışıblar.