Lənkəranda KOBİM tərəfindən KOB subyektləri və biznesə başlamaq istəyənlər üçün pulsuz sessiya keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 dekabr tarixində verir.
“Biznesdə risklərin idarə edilməsi” adlı seminara 4 nəfər cəlb olunub. İştirakçılara risk meyarlarının tərifi, risklərin ölçülməsi, identifikasiyası, təhlili, risklərə təsiretmə mexanizmləri barədə ətraflı məlumat verilib.
Yekunda mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.