Lənkəran Klubuna könüllü olaraq fəaliyyət göstərəcək yeni üzvlər axtarılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 iyul tarixində kluba istinadən verir.
Məqsəd Lənkəran Klubunun gələcək fəaliyyətini təkmilləşdirmək, Lənkəranda intellektual oyunların geniş vüsət almasına yardımçı olmaq, Lənkəran adına yeni komandaların formalaşdırılmasına vasitəçi olmaq və çempionat zamanı lazım olan texniki işləri klubun üzvləri arasında bölüşdürməkdir.
Qeydiyyat üçün: https://bit.ly/3oi79NJ.