Lənkəran Dövlət Dram Teatrında "Haqqın 44 günü" tamaşası nümayiş olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 oktyabr tarixində verir.
Anar Babalının müəllifi və quruluşçu rejissoru olduğu, Vətən müharibəsi qəhrəmanlarının şücaətindən bəhs edən tamaşa 6 oktyabr saat 14:30-da təqdim olunacaq.
Biletləri teatrın kassasında əldə etmək olar.
Əlavə məlumat üçün (025) 5-49-75 telefon nömrəsinə müraciət edə bilərsiniz.