Lənkəranda hətftəsonu film gecəsi təşkil olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 iyul tarixində verir.
Belə ki, “Tor coffee shop”-un nəzdində fəaliyyət göstərən “O biri otaq”da 31 iyul saat 16:00-da “The İntouchables” filmi nümayiş olunacaq. Giriş 3 manat təşkil edir. Bu məbləğə popcorn və cola daxildir.
Film dostu iflic olan və ona qulluq edən gəncin hekayəsindən bəhs edir. Zəngin iş adamı və aristokrat olan Filip paraşüt ilə uçarkən qəza keçirdikdən sonra iflic olur və boyundan aşağısını istifadə edə bilmir. Driss isə həbsdən yeni çıxan işsizdir. Filip Drissi 7/24 ona qulluq etmək üçün işə götürəndə hər ikisinin həyatı dəyişir.