Lənkəranlı gənclər üçün “Uğurun formulu varmı?” adlı təlim keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 avqust tarixində GİKM-in Lənkəran nümayəndəliyinə istinadən verir.
Təlim "Moskva Ritorika və Natiqlik Bacarığı Universiteti"nin aparıcı təlimçisi, “Beynəlxalq Trenerlər Assosiasiyası”nın üzvü olan "KarnegiKlub"un rəhbəri, biznes-trener və “kouç” fəaliyyəti göstərən dr.Nəcəf Allahverdiyev tərəfindən 24 avqust saat 11:00-da Lənkəran Mədəniyyət Mərkəzində keçiriləcək.