Lənkəranda gənclər üçün “İxtisas seçimi və karyera planlanması” adlı təlim keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 sentyabr tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.
Təlim 3 sentyabr saat 09:30-da Heydər Əliyev adına xatirə parkında yerləşən Gənclər Mərkəzində ixtisas seçimi və karyera planlanması istiqamətində mütəxəssis Anar Kakayev tərəfindən baş tutacaq.
Qeyd edək ki, təlimdə 14-29 yaş arası gənclər iştirak edə bilərlər.