Lənkəranda yerləşən “Tor coffee shop”-un nəzdində fəaliyyət göstərən “O biri otaq”-da “Fəlsəfə söhbətləri: yadlaşma fəlsəfəsi” mövzusunda Nəriman Abdulla ilə diskussiya baş tutacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 iyul tarixində verir.
Görüş 15 iyul saat 14:00-da keçiriləcək. Nəriman Abdula ilə diskussiyanın gedişatında yadlaşma fəlsəfəsi, ekzistensializm və Karl Marks haqda məlumat əldə edə biləcəksiniz. Görüşdə iştirak ödənişsizdir.
Əlavə məlumat üçün (050) 531-92-94 nömrəsi ilə əlaqə saxlamaq olar.