Lənkəran Dövlət Dram Teatrında Qəşəm Nəcəfzadənin "İki iyirmi üç arasında" verbatim-kompozisiyasının premyerası keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 noyabr tarixində verir.
Belə ki, "Heydər Əliyev İli"nə həsr olunmuş tamaşa 3 dekabr tarixində saat 15:00-da baş tutacaq.
Biletləri teatrın kassasından əldə etmək mümkündür. Premyeraya biletin qiyməti 5 manat təşkil edir.
Ətraflı məlumat üçün qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz: (+994) 51 750 06 75; (+994) 51 601 31 40; (025) 5 49 73.
Qeyd edək ki, 14 yaşdan yuxarı şəxslər tamaşanı izləyə bilərlər.
Xatırladaq ki, daha öncə tamaşanın quruluşu barədə məlumat vermişdik.