Lənkəran Dövlət Dram Teatrının səhnəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin SABAH Qrupları Aktyor sənəti ixtisası IV kurs tələbələrinin ifasında Qurban Səidin "Əli və Nino" tamaşası nümayiş olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 iyul tarixində verir.
Tamaşaçılar arasında Lənkərən şəhər İcra Hakimiyyətinin müavini Ülviyyə Əliyeva və Azərbaycan Respublikası Elm və Ali Təhsil Nazirliyi yanında
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH Qrupları İcra Komitəsinin sədri Elza Səmədova da iştirak edib.
Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin SABAH Mərkəzinin rəhbəri Əməkdar artist Nofəl Vəliyev, tamaşanın quruluşcu rejissoru və səhnələşdirəni İradə Gözəlovadır.