Gənclərin İnkişafı və Karyera Mərkəzi Lənkəran nümayəndəliyi "Eu4 Youth Məzunlar" şəbəkəsinə seçilmiş üzvlər ilə uzunmüddətli layihəyə start verib. Bu haqda məlumat bu gün, 26 yanvar tarixində Sağlam Düşüncə Gənclər Təşkilatının rəsmi Facebook səhifəsində paylaşılıb.
Sağlam Düşüncə Gənclər Təşkilatı ilə birgə icra olunan layihə Lənkəranda yaşayan gənclərin şəxsi və sosial fəaliyyətlərində vacib olan bilik və bacarıqların, Erasmus+ və könüllülük proqramları haqda məlumatlılığın artırılmasını hədəfləyir.
Qeyd olunan proqram Avropa Komissiyasının "Avropa İttifaqı Gənclər üçün" (#EU4Youth) proqramı çərçivəsində təşkil olunur.