15 yanvar saat 14:00-da “O biri otaq”da Rza Rzazadənin sərgisi keçiriləcək. Bu haqda məlumatı bu gün, 8 yanvar tarixində platformanın rəsmi İnstagram səhifəsi verib.
Sərgi müxtəlif eskizlərdən ibarət ekspozisyadır. Bunlar əsasən konstruktiv quruluşlu, predmetli və predmentsiz formalardan ibarətdir. Əlavə olaraq ekspozisiyada 3 əsər də nümayiş ediləcək.
Rza Süleyman oğlu Rzazadə 1994-cü ildə Lənkəranda anadan olub. ADRA-da Rəngkarlıq üzrə Bakalavr və Magistr təhsilini bitirdikdən sonra Lənkərana qayıdıb, yaradıcılığını burada davam edib. Hal-hazırda Lənkəran Dövlət dram teatrında quruluşçu rəssam işləyir.
Qeyd edək ki, sərgiyə giriş ödənişsizdir.