Lənkəran rayonu Q.Zeynalov adına Darquba kənd tam orta məktəbinin VI-VIII sinif şagirdləri Arxeologiya elmi üzrə 1 günlük praktik təlimdə iştirak ediblər. Bu haqda məlumatı bu gün, 17 yanvar tarixində məktəbin rəsmi Facebook səhifəsi verib.
Qeyd edək ki, Lənkəran rayonu M.Həsənov adına Şilavar kənd tam orta məktəbinin Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi təlim “Mədəniyyət mirasımıza kiçik addımlarla səyahət" layihəsi çərçivəsində baş tutub.
[caption id="attachment_9174" align="alignnone" width="300"]
Lənkəran rayonu Q.Zeynalov adına Darquba kənd tam orta məktəbi[/caption]