Lənkəranda "ll Dostluq turniri" adlı intellektual yarışma keçiriləcək. Bu haqda məlumat bu gün, 6 yanvar tarixində Lənkəran Klubunun rəsmi İnstagram səhifəsində paylaşılıb.
"Xəmsə" milli intellektual yarışması 9 yanvar saat 11:00-da baş tutacaq. Fərdi formatda keçiriləcək turnirdə, iştirakçılar müxtəlif mövzularda mübarizə aparacaqlar.
İştirak etmək haqqı 3 manat təşkil edir. Öz biliklərini sınamaq istəyənlər qeydiyyat üçün +994 55 683 69 30 nömrəsi ilə əlaqə saxlaya bilərlər.