11 yanvar - Dünya Qoruqlar və Milli Parklar günü ilə əlaqədar Hirkan Milli Parkında Açıq qapı günü təşkil olunub. Bu haqda məlumatı bu gün, 11 yanvar tarixində Cenublu.az verir.
Açıq qapı günü ziyarətçilər Hirkan Milli parkına gələrək, füsunkar təbiətdən zövq ala və səmərəli gün keçirə bilərlər.
Qeyd edək ki, Dünya Qoruqlar və Milli Parklar günü vəhşi təbiət fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunur. Azərbaycanın ərazisində 10 milli park və 10 dövlət təbiət qoruğu var.