top
Gözdən əlillərin apardığı Masallı xınayaxdı məclisləri
28 iyul 2022, 01:00
- ↺ +

Gözdən əlillərin apardığı Masallı xınayaxdı məclisləri

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xınayaxdı toya hazırlıq mərhələlərindən biridir. Masallı rayonunda xınayaxdı, adətən, paltarkəsdi mərasimindən sonra aparılır [2]. Bu mərasim toya bir gün qalmış keçirilir [1]. Xınayaxdı xərci, əsasən, oğlan evinin öhdəsinə düşür [2].

Adətə görə, hazırlanmış xınanın içərisinə altı subay qızın üzüyünü atırlar. Xınayaxdısı olan qız isə həmin üzükləri bir-bir çıxarır. Hansı qızın üzüyü birinci çıxarsa, o qız birinci ərə gedər.

Xınanı gəlinə yaxmamışdan əvvəl kasaya su tökərək içərisinə iynə atırlar, kasanın kənarına isə çörək qoyurlar. Bu zaman isə söyləyirlər:

“Ay xınanı yaxdım dəstinə, dəstinə

Xəbər verin düşmənə, dostuna.

Helə dedim mənəm, mənəm

Ay xınanı yaxun dəstinə, dəstinə” [1].

Xınayaxdını qadın sərxeyir (xeyir iş aparan başçı) aparır. 1950-1960-cı illərə qədər Masallıda və onun ətrafındakı digər yaşayış yerlərində paltarkəsdi və xınayaxdı mərasimlərini gözdən əlil musiqiçilər və ya qadın ifaçılar aparırdılar. Masallı rayonunun bir çox kəndlərində bu mərasimləri gözdən əlil Xəlil adlı şəxs idarə edirdi. O, həm oxuyardı, həm də tarda ifa edərdi. Onunla birgə, həmçinin lənkəranlı dəf ifaçısı Sonaxanım da çıxış edərdi. Masallı rayonunda o zaman qarmonda ifa edən bir neçə qadın məşhur idi: Masallıya Kamrabəyim, Əsbənd Zeynallı, Sənəm Səliqızı, Kubra Əbilova, Qızxanım Dadaşova və s. Onlardan əlavə, Masallıda Balayar adlı qarmon ifaçısı da tanınırdı.

Masallıda toya hazırlıq aparılan zaman bəy tərifi həyata keçirilir. Onlardan biri də məhz xınayaxdıya dəvət olunan müğənni və ya məclisi aparan tərəfindən yerinə yetirilir [2].

Ədəbiyyat:


  1. Masallı folklor örnəkləri. I kitab. Bakı-2013.

  2. Fərahim Balakişi oğlu Sadıqov. Masallı folkloru. I kitab. Bakı-2012.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
Bu gün, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
Bu gün, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
Bu gün, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Bu gün, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Bu gün, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Oxşar xəbərlər