Lənkəranda yayın son gününə həsr olunmuş əyləncəli festival təşkil olunacaq.
Cenublu.az Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir ki, "Dondurma Festivalı" avqustun 31-i saat 11:00-da “Dosa Mall”-da baş tutacaq.
Tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və "Dosa Mall" Ticarət Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək.