"Vətəni tanı!" layihəsi çərçivəsində Astarada yerləşən qalalara onlayn səyahət baş tutacaq. Bu haqda məlumatı Gənclərin İnkişaf və Karyera mərkəzinin Astara nümayəndəliyi verib.
14 yanvar saat 15:00-da baş tutacaq onlayn səyahətdə Astarada yerləşən Şindan, Qala-kafu, Divankə, Yekdəst, Gəlin qayaları haqqında maraqlı məlumatlar əldə olunacaq.
Qeydiyyat üçün link: https://forms.gle/heekaBS1ULuR5Ju37