top
Faiq Ağayev üçün mahnı yazan astaralı şair: Sabir Cümşüd
27 avqust 2022, 00:48
- ↺ +

Faiq Ağayev üçün mahnı yazan astaralı şair: Sabir Cümşüd

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabir Qənbər oğlu Cümşüdov 5 may 1936-cı ildə Astara rayonunun Motalayataq kəndində anadan olub. Yazıçı Sabir Cümşüd təxəllüsü ilə tanınır.

O, 1943-1946-cı illərdə Lerik rayonunun Vov kənd məktəbində, 1946-1949-cu illərdə Lerik rayonunun Daster və Siyov kənd məktəblərində, 1949-1951-ci illərdə isə Astara rayonunun Pensər kənd orta məktəbində oxuyub [1]. Cümşüdov 1953-1958-ci illərdə indiki Azərbaycan Texniki Universitetinin (AZTU) mexanika fakültəsində təhsil alıb [2].

Sabir Cümşüdov 1958-1962-ci illərdə Respublika Avtomobil Nəqliyyatı Nazirliyinin avtotəsərrüfatlarında müxtəlif vəzifələrdə çalışıb [1]. O, 1965-1980-ci illərdə AZTU-da müəllim kimi işləyib [1]. Yazıçı 1980-ci ildən AZTU-nun Xidmət sahələrinin iqtisadiyyatı və menecmenti kafedrasında çalışıb [2]. Bundan əlavə, o, 2002-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında elmi-pedaqoji fəaliyyətini davam etdirib.

Cümşüdov 1965-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsini alıb, 1971-ci ildə isə iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb.

Yazıçı ədəbi fəaliyyətə 1976-cı ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunmuş “Yaylaqlar” şeiri ilə başlayıb. Bu tarixdən başlayaraq onun müxtəlif şeirləri, məqalələri, hekayələri dövrü mətbuatda çap edilib. Cümşüdovun bir çox şeirlərinə mahnılar bəstələnib. Onun əsərləri sırasında “Məhəbbət ülviyyəti”, “Kamillik zirvəsi”, “Göyün çıraqları”, “Bahar nəfəsi”, “Günəş damcıları”nı qeyd etmək olar [1].

Sabir Cümşüdov Əli Mirəliyevin “Yaraşaydım” və “Oynadı qızlar”, Faiq Ağayevin “Dözmərəm sənsiz” və Azərinin ifa etdiyi “Səni əzizlərəm” mahnılarının sözlərini yazıb [4,5,6,7].

Sabir Cümşüdov 350-dən artıq elmi əsərin, həmçinin 2 monoqrafiyanın müəllifidir [2]. Yazıçı ali məktəblərin bir neçə elmi-texniki konfranslarında məruzələrlə çıxış edib. O, 1979-1991-ci illərdə keçmiş SSRİ ali təhsil sisteminin üzvü olub. Sabir Cümşüdov “Lenin” və “Tərəqqi” medalları ilə təltif edilib [1,3].

Ədəbiyyat:


  1. Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə). Bakı-2011.

  2. http://ensiklopediya.gov.az/az/terms/10772/cild/17

  3. https://president.az/az/articles/view/3525

  4. https://www.youtube.com/watch?v=Hmq_rYrN6Yc

  5. https://www.youtube.com/watch?v=5lBflCsmrT4

  6. https://www.instagram.com/tv/B7MOEnPnh5U/

  7. https://www.youtube.com/watch?v=GppOyMie3Rw

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
Bu gün, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
Bu gün, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
Bu gün, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Bu gün, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Bu gün, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Oxşar xəbərlər